atatv.az
atatv.az

Mətanətin məşhur villası söküldü - Pulu verilməyib? - FOTO

30-03-2018, 09:35

Mətanətin məşhur villası söküldü - Pulu verilməyib? - FOTO
Əməkdar artist Mətanət İsgəndərlinin üçmərtəbəli villasının sökülməsi barədə xəbər yayılıb. Bildirilib ki, müğənninin Səbail rayonu ərazisində yerləşən mənzili plana düşüb. Əməkdar artist ona verilən məbləğlə razılaşmayıb. Bu səbəbdən söküntü zamanı icra nümayəndələri ilə sənətçi və oğlu Kərimin dava etdiyi iddia olunub.

Atatv.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin Şeyx Şamil küçəsində yerləşən villasının söküntüsünü "Pilot Residence" yaşayış kompleksi həyata keçirib. Belə ki, müğənni sözügedən şirkətlə razılığa gəlib. O, hazırda ailəsi ilə birgə kirayə qalır.

Sözügedən sayt mövzu ilə bağlı əməkdar artistin mətbuat nümayəndəsi Zəminə Rüstəmova ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib:

"Mətanət xanımın və ailəsinin etirazı şirkətin müqavilə imzalanmadan söküntülərə başlamasına görə olub. O məsələ də həll olundu, istənilən məbləğ ödənildi. Yəni böyük bir problem olmayıb".

Qeyd edək ki, Mətanət İsgəndərlinin villasının söküntüsü zamanı icra nümayəndələri ilə mübahisə xəbərini "Bizim Yol" qəzeti yayıb.
Mətanətin məşhur villası söküldü - Pulu verilməyib? - FOTO
Mətanətin məşhur villası söküldü - Pulu verilməyib? - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930