atatv.az
atatv.az

Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır

19-09-2019, 17:21

Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır

Bu il Azərbaycanda 26,1 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır ki, bu da keçən ilin göstəricisi ilə müqayisədə 3,6%-lik artım deməkdir.

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, enerji istehsalı 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 8% artacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, cari ilin 8 ayı ərzində ölkədə elektrik enerjisinin istehsalı, təxminən, 15 mlrd. kVt-saat çox olub. Ötən dövr elektrik enerjinin ixracı 29,1% artaraq 913,3 mln. kVt-saat olub, idxal isə 102 mln. kVt-saat təşkil edib.

Eyni zamanda, ölkənin inkişafı, əhalinin artımı və sənayeləşmə prosesini nəzərə alınmaqla, 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 mlrd. kVt-saat, elektrik enerjisinin ixrac imkanının isə 1,8 mlrd. kVt-saat həcmində olacağı proqnozlaşdırılır. deyə, Şahbazov əlavə edib.

Nazirin sözlərinə görə, bu tələbatı bu günlərdə istismara verilən qoyuluş gücü 400 МVt olan “Şimal-2” stansiyası, istilik və modul tipli elektrik stansiyalarının reabilitasiyası və Qobuda ümumi qoyuluş gücü 385 МVt olan modul elektrik stansiyasının 2020-2021-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır. İstilik və modul tipli elektrik stansiyalarının reabilitasiya tədbirləri nəticəsində, ən azı 500 MVt gücün bərpası nəzərdə tutulur.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031