atatv.az
atatv.az

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB

21-09-2019, 10:52

Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB

2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, həmin müddət ərzində Azərbaycandan yüklər digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb.

Ötən ay Türkiyə limanlarına 4 601 gəmi daxil olub, onlardan 1 978-i Türkiyə bayrağı altında, 2 623-ü digər ölkələrin bayraqları altında daxil olub.

Gəmilərin ümumi brutto-registr tonnajı 58 316 380 ton təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Türkiyə limanlarına 35 716 gəmi daxil olub ki, onların brutto-registr tonnajı 516 701 650 ton təşkil edib.//Trend.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031