atatv.az
atatv.az

Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar...

21-09-2019, 14:59

Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar...



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında simşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031