atatv.az
atatv.az

Atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları bilindi

23-09-2019, 15:16

Atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları bilindi

27 senytabr – 6 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı keçiriləcək.

Oxu.Az-a Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, bu yarışda baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında dörd idmançı ölkəmizi təmsil edəcək.

Bunlar Nazim Babayev, Aleksis Kopelyo (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidandır (çəkic atma).

Ümumilikdə 11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, yarışdan əvvəl – 24-26 sentyabr tarixlərində Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki-Hesabat Konqresi keçiriləcək. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə Dohaya səfər edərək, həmin konqresdə iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031