atatv.az
atatv.az

"AZZA" 45 min manat cərimələndi

26-09-2019, 11:34

"AZZA" 45 min manat cərimələndi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "AZZA” QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Report xəbər verir ki, Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, "AZZA"nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.



Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2008-ci ildə yaradılan "AZZA" QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930