atatv.az
atatv.az

SON DƏQİQƏ! Ölkədə aborta icazə verildi - RƏSMİ

26-09-2019, 14:05

SON DƏQİQƏ! Ölkədə aborta icazə verildi - RƏSMİ

Avstraliyada abort daha cinayət sayılmayacaq.

Anews.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatı da aborta icazə verən qanunu dəstəkləyib.

Bu ştat indiyə qədər Avstraliya İttifaqının abortu qadağan edən sonuncu ştatı idi. Bunun nəticəsində Avstraliya abort qadağasından tamamilə azad olub.

Avstraliyada abortu qadağan edən 119 illik qanun mövcud idi. Bu qanunun əleyhdarları həmin qanunu gerilik adlandıraraq tənqid etmişdilər.

Abort edənləri və etdirənləri cinayət məsuliyyətindən azad edən qanun lahiyəsi həftələrlə davam edən qızğın müzakirələrdən sonra bu gün qüvvəyə minib. Bu qanun Yeni Cənubi Uels ştatının mühafizəkarlardan ibarət hökümətində ciddi parçalanmaya səbəb olub.

Yeni Cənubi Uels ştatında abort əvvəllər ancaq həkimin icazəsi ilə, hamiləlik qadının sağlamlığı üçün ciddi təhlükə yaratdıqda həyata keçirilirdi.

Qanun 22 həftəlik hamiləlik dövründə aborta icazə verir. Hamiləlik dövrü bu müddətdən artıq olarsa 2 həkim tərəfindən razılıq verilməlidir.

Yeni qanunun tərəfdarları kimi əleyhdarları da var və onlar xüsusən də hamiləliyin son dönəmində abort edilməsinə qarşı etiraz aksiyaları keçiriblər.

Qeyd edək ki, bu vaxta qədər Yeni Cənubi Uels ştatında aborta görə qadınları və həkimləri 10 illik həbs cəzası gözləyirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930