atatv.az
atatv.az

Ali Məhkəmə "Azadlıq Radiosu" və "Meydan" TV-nin bloklanması barədə qərarı ləğv edib

26-09-2019, 15:21

Ali Məhkəmə "Azadlıq Radiosu" və "Meydan" TV-nin bloklanması barədə qərarı ləğv edib

Ali Məhkəmə Meydan TV-nin saytına blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib.

Atatv.az-ın verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.
Səbail Rayon Məhkəməsi 2017-ci il mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbi ilə Azadlıq qəzeti, Azadlıq Radiosu, Azərbaycan Saatı proqramı, Turan TV-nin və Meydan TV-nin saytının bloklanmasına qərar vermişdi.
Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti rədd edib, Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.
Ali Məhkəmə kassasiya şikayətinə şikayətçinin nümayəndəsi olmadan baxıb. Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib.

Saytın bloklanması ilə bağlı qərara Apelyasiya Məhkəməsi yenidən baxacaq.(azxeber)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930