atatv.az
atatv.az

ATƏT-in Qarabağ bəyanatında önəmli məqam - İlk

26-09-2019, 16:49

ATƏT-in Qarabağ bəyanatında önəmli məqam - İlk

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqda yaydığı bəyanata münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər:

“Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildiriblər və bununla sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər”.

Ekspert bildirib ki, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik:

“Lakin bir sual yenə də açıq qalır: bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcəkmi?”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930