atatv.az
atatv.az

Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

26-09-2019, 18:00

Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.
R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.
Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.

Qeyd edək ki, bu gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb. (trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930