atatv.az
atatv.az

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

27-09-2019, 10:47

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
"Ölkə.Az"ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi – respublikamızın yəhudi əsilli vətəndaşlarını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda əsrlər boyu müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən yəhudilər dostluq, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamış, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni və dini dəyərlərini günümüzədək qoruyub saxlamışlar.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi icması əsl vətəndaşlıq və Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Əminəm ki, yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər.
Hər il təntənə ilə qeyd olunan Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı və xeyirxahlığı təcəssüm etdirir. Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə səadət və sevinc gətirsin.
Bayramınız mübarək olsun!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930