atatv.az
atatv.az

Məşhur ulduz azərbaycanlı oliqarxın qızından danışdı - “Onunla ər-arvad kimiyik” - VİDEO

27-09-2019, 14:40

Məşhur ulduz azərbaycanlı oliqarxın qızından danışdı - “Onunla ər-arvad kimiyik” - VİDEO

Rusiya və Ukrayna estradasının super ulduzu Svetlana Loboda jurnalist Kseniya Sobçakın “Ostorojno, Sobçak!” (“Ehtiyatlı ol, Sobçak!”) Yutub layihəsinin qonağı olub.

Sobçakın Natella Krapivina onun üçün kimdir (daha əvvəl KİV Lobodanın prodüseri Krapivina ilə intim əlaqə yaşadığı haqda yazırdı) sualını müğənni belə cavablandırıb:

“Səmimi olacağam, indi bizdə çətin mərhələdir. Biz tez-tez bir-birimizə: “Biz səninlə ər-arvad kimiyik” deyirik. Bu, dəqiqdir. Çox şeylər yaşanıb. Biz çox mübahisə, müzakirə edirik. Amma bu insan mənə çox yaxındır, çox əzizdir. Bu insan mənim ailəmin bir parçası, partnyorum, Evamın (müğənninin kiçik qızı –red.) xaç anasıdır”.

N. Krapivina haqda danışan S. Loboda ona heç vaxt zərər yetirməcəyini qeyd edib:

“Bizim həyatımızda nə olursa olsun, heç vaxt onu pis vəziyyətdə qoymaram və atmaram. İşləsək də, işləməsək də, biz həmişə çox yaxın insanlar olacağıq”.

“Ostorojno, Sobçak!” proqramına müsahibəsində müğənni prodüserinin “böyük bir problemi” haqda danışıb: “O, şərq insanıdır, o çox tez özündən çıxan və emosional insandır. Mən etməmişdən əvvəl dəfələrlə fikirləşə bilərəm, o isə edir və sonra fikirləşməyə başlayır. Və bu da bizə çox şeydə mane olur”.

Rusiya və Ukrayna KİV qeyd edir ki, Svetlana Lobodanın prodüseri Natella Krapivina Ukraynanın ən varlı insanlarından biri olan – azərbaycanlı oliqarx Vaqif Əliyevin qızıdır. V. Əliyevə Kiyevdə yerləşən “Mandarin Plaza”, “Ocean Plaza”, “Lavina Mall” və “Blockbuster Mall” kimi ticarət mərkəzləri, eləcə də ən hündür göydələn – “Parus” biznes mərkəzi və “Diamond Hill” elit yaşayış evi məxsusdur.(Qafqazinfo)














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031