atatv.az
atatv.az

Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq - Katibdən AÇIQLAMA

27-09-2019, 14:59

Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq - Katibdən AÇIQLAMA

“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”.

Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib.


“Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib əlavə edib.


Məlahət İbrahimqızı bildirib ki, İntizam Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması mütləq müzakirə olunacaq:



“Milli Məclisdə deputatlarla bağlı hansısa məsələ gündəmə gələndə İntizam Komissiyası buna münasibət bildirir və ona uyğun qərar da qəbul edir. Ötən illərdə də bunun şahidi olmusuz. Son günlər mətbuatda yayılan məsələ deputat həmkarımız Rafael Cəbrayılovla bağlıdır. Ola bilsin ki, Milli Məclisin Aparatına məsələ barədə məlumat daxil olub. İstənilən halda, baş verən məsələ qanqaraldıcı haldır. Millət vəkili adına yaraşmayan hadisədir. Milli Məclisin İntizam Komissiyası bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin, həmkarımız olan deputat Rafael Cəbrayılov mətbuat vasitəsilə ictimaiyyətə ətraflı məlumat verməli və baş verənlərə aydınlıq gətirməlidir”

Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

Hazırda mətbuatda və sosial şəbəkələrdə deputatın baş verənlərdən sonra mandatının geri alınıb-alınmayacağı müzakirə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930