atatv.az
atatv.az

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir

27-09-2019, 16:07

AtaTv.az-a daxil olan müəlimata gorə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur.

20-ci sahə yaşayış massivində icra olunan layihə Salyan şossesi, Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. Bu ilin əvvəlində həyata keçirilmiş layihənin davamı olaraq hazırda ərazidə yeni su və kanalizasiya infrastrukturları yaradılır. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 6,5 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilir. Bu ərazidə tullantı sularının axıdılmasında da problemlər yaranırdı. İndiyədək tullantı suları əhali tərəfindən pərakəndə şəkildə yaradılmş xətlər, bəzi hallarda isə açıq kanallarla axıdılırdı. Bu problemin aradan qaldırılması məqsədilə ümumi uzunluğu 5,6 km olan kanalizasiya xətləri inşa edilir. Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən 1000 mm diametrli Bayıl-Bibiheybət kollektoruna yönləndiriləcək.

Ümumilikdə tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da 30 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. 20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq.

Xatırladaq ki, bu ilin yazında 20-ci sahə yaşayış massivində icra olunmuş layihə çərçivəsində 5,4 km içməli su şəbəkəsi yaradılıb. Cari ilin oktyabrından Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazisində də içməli su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq. Bununla da həmin ərazidə məişət sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcə

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930