atatv.az
atatv.az

"Tbilisi konstruktiv mövqe nümayiş etdirsə, uçuşlar bərpa edilə bilər"

28-09-2019, 11:17

"Tbilisi konstruktiv mövqe nümayiş etdirsə, uçuşlar bərpa edilə bilər"

"Rusiya Gürcüstan tərəfindən daha konstruktiv mövqe gördüyü təqdirdə hava nəqliyyatı bərpa ediləcək".

Atatv.az apa.az-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında belə deyib.



"Biz Gürcüstana hava nəqliyyatının dayandırılması barədə müvafiq qərarı qəbul etdiyimiz zaman elan etmişdik ki, bu, müvəqqəti tədbirdir və vəziyyət normallaşdığı, gürcü rəsmilər bu cür hadisələrə mane olmaq lazım gəldiyini anladığı zaman onu ləğv edəcəyik. Biz heç vaxt mübahisə üçün süni əsaslar yaratmırıq və əgər Tbilisi Rusiya ilə normal münasibətlər xətrinə məsuliyyətli mövqedən çıxış edərsə, konstruktiv mövqe nümayiş etdirərsə, uçuşlar bərpa edilə bilər",- deyə S.Lavrov bildirib.

Qeyd edək ki, Rusiya XİN başçısı daha əvvəl "Kommersant" qəzetinə müsahibəsində də bildirib ki, "Gürcüstanla hava trafikinin bərpası doğru addım olardı".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930