atatv.az
atatv.az

Bakı MDB-nin 5 payız turizmi istiqamətindən biridir

1-10-2019, 11:27

Bakı MDB-nin 5 payız turizmi istiqamətindən biridir

Rusiyanın “TurStat” turizm portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. AZƏRTAC həmin portala istinadla xəbər verir ki, Bakı Birlik ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş ölkədən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri də ilk beşliyə daxil edilib.

Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək, sentyabrın 20-dən oktyabrın 8-dək Minskdə “TEART” Beynəlxalq Teatr Festivalı keçirilir, oktyabrın 5-6-da isə Kişineuda Şərab günü təşkil olunacaq.

“TurStat” turizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində və ölkələrində payız səyahəti zamanı qonaqlama və yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana və Bakıya isə şopinq üçün gedirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031