atatv.az
atatv.az

Ölüm xəbəri yayılan Maral Tahirqızı: "Yəqin mövzu tapmayıblar"

1-10-2019, 12:08

Ölüm xəbəri yayılan Maral Tahirqızı: "Yəqin mövzu tapmayıblar"

Ölüm xəbəri yayılan Maral Tahirqızı sağdır.

BAKU.WS-ə danışan Tahirqızı heç bir qəza keçirmədiyini bildirdi:

"Heç bir qəza kemçirməmişəm. Sağ-salamatam. Özüm də Bakıdayam. Bu xəbəri yayanlar yəqin mövzu tapmayıblar, götürüb məndən yazıblar".

Müğənnilik fəaliyyəti göstərən "İnstagram" fenomeni son paylaşımlarının yeni olduğunu deyib:


"O videolar təzədir, el şənliklərində çəkilib. Məhərrəmlik ayı olsa da, toy da edirlər, doğum günü də. Məni də dəvət edirlər, gedib oxuyuram".

Xatırladaq ki, yerli mətbuatda bu gün səhər saatlarında Maral Tahirqızının ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi barədə məlumatlar yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031