atatv.az
atatv.az

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2018, 10:05

Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Atatv.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930