atatv.az
atatv.az

“Maye qaz bahalaşarsa...” - Nazirlər Kabinetinin qərarı nəyi dəyişəcək?

2-10-2019, 17:57


“Maye qaz bahalaşarsa...” - Nazirlər Kabinetinin qərarı nəyi dəyişəcək?

Nazirlər Kabineti sentyabrın 16-da "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Dəyişiklik maye qazla bağlıdır. Belə ki, maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.
Bəs bu qərar qiymət artımına təsir edə bilərmi?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev qiymət artımının olmayacağını proqnozlaşdırır:

“Burda söhbət avtomobillərin istifadə etdiyi qazdan gedir. Son vaxtlar maye qazla işləyən maşınların sayında artım müşahidə edilir. Mən düşünmürəm ki, bu qərar qiymətlərə təsir etsin. Amma artım olsa, çox güman ki, sürücülər yenidən benzinlə işləyən maşınlara keçmək istəyəcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930