atatv.az
atatv.az

Rusiyada azərbaycanlı güllələndi

3-10-2019, 15:32

Rusiyada azərbaycanlı güllələndi

Sankt-Peterburqda taksi fəaliyyəti ilə məşğul olan “Hyunday Solaris” markalı maşının sürücüsü azərbaycanlı sərnişini güllələyərək hadisə yerindən qaçıb.

Bu barədə yerli KİV Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat verib.

Oktyabrın 2-i saat 19:44-də Nauki prospekti 2 nömrəli binanın yaxınlığında eşidilən güllə səsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə gələn asayiş keşikçiləri məlumatı təsdiqləyib. Təcili yardım əməkdaşları yaralanan 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşını xəstəxanaya çatdırıblar. Onun travmatik güllə yarası aldığı bildirilir.

Hadisənin təfərrüatı barədə zərərçəkən məlumat verib. Onun sözlərinə görə, maşında yaranan mübahisədən sonra sürücü ona dörd dəfə atəş açıb.

Polis dörd mərmi, bir metal top götürüb və cinayət işinin açılması üçün tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031