atatv.az
atatv.az

"Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram"

4-10-2019, 09:34

"Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram"

“İdmanda belə şeylərin olmasının tərəfdarı deyiləm. Bir dəfə də belə hadisə baş vermişdi. Həmişə belə halları qorxaqlıq hesab edirəm”.

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı görüşündən sonra (4:1) keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib: “Biz həmişə çalışmışıq ki, mədəniyyətimizi, intizamımızı göstərək. Futbolçular da hansı komandanı təmsil etdiklərini bilirlər. Belə halları qorxaqlıq adlandırıram. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram və belə bir kollektivim var”.

Qeyd edək ki, matçda təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930