atatv.az
atatv.az

BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Gəncədədir

7-10-2019, 17:07

BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Gəncədədir
"AtaTv.az" xəbər portalına daxil olan məlumata əsasən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə regionun qida təminatı, bu istiqamətdə kənd təsərrüfatı sektorunun oynadığı rol və mövzu ilə bağlı digər bir sıra məsələlər müzakirə edilib.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev rəsmi qonağı salamlayaraq, onu Gəncədə görməkdən məmnun olduğunu dilə gətirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Hilal Elverin, Azərbaycana, o cümlədən Gəncəyə səfərinin məqsədindən söz açıb. O qeyd edib ki, əsas niyyəti Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsi, insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənilməsidir. O həmçinin, münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə müzakirələr aparmağı, hökumətə və digər dairələrə faydalı tövsiyələr verməyi hədəfləyir.
Söhbət zamanı Gəncənin qida təminatı, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin gəlirləri və digər məsələlərə toxunulub, qonağı maraqlandıran suallar cavablandırılırb.
BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Gəncəyə səfəri çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla da bir sıra görüşlər keçirəcək.

"AtaTv.az"

BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Gəncədədir
BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Gəncədədir



















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930