atatv.az
atatv.az

Novruz Məmmədov DANIŞDI...

8-10-2019, 19:49

Novruz Məmmədov DANIŞDI..."Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Anews.az xəbər verir ki, bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, əlavə nəsə danışması doğru deyil:

"Bu gün Milli Məclisdə Baş Nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930