atatv.az
atatv.az

Türkiyə və Rusiyadan ABŞ həmləsi - Dollar dövriyyədən birdəfəlik çıxarılır

9-10-2019, 09:36

Türkiyə və Rusiyadan ABŞ həmləsi - Dollar dövriyyədən birdəfəlik çıxarılırTürkiyə və Rusiyadan ABŞ həmləsi - Dollar dövriyyədən birdəfəlik çıxarılırTürkiyə və Rusiya iki ölkə arasındakı ticarət əlaqələri zamanı yerli pul vahidlərindən istifadə edəcək.



Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyə Xəzinə və Maliyyə naziri Berat Albayrak ilə Rusiya Maliyyə naziri Anton Silanov bu barədə razılaşma imzalayıb.
Müqavilə iki ölkə arasındakı hesablama əməliyyatları zamanı bu ölkələrə aid valyuta vahidlərinin istifadəsini, uyğun iqtisadi platformanın formalaşdırılmasını və yerli şirkət və digər quruluşlar üçün yerli pul vahidlərinin əhəmiyyətini artırmağı hədəfləyir.
Müqavilə Türkiyə bank və şirkətlərinin ödəmə sistemi SWIFT-in Rusiyada eynilik təşkil edən Rusiya Mərkəzi Bankı Beynəlxalq Ödəmə Sisteminə bağlanması, Rusiya tərəfindən MasterCard və VİSA-ya alternativ olan MİR bank kartlarının istifadəsi üçün Türkiyədə lazım olan sistemlərin hazırlanmasını hədəfləyir.
Anlaşma həmçinin digər ölkələrin də könüllü olacağı təqdirdə müqaviləyə qoşunmasını nəzərdə tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031