atatv.az
atatv.az

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

9-10-2019, 15:05

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin "Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.

Oxu.Az-ın xəbərinə görə, səfirlik bildirib ki, "Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
"Bu cür saxta elektron poçt və məktubların müəllifləri "Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, - deyə səfirliyin müraciətində qeyd olunub.

Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, "Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər.

Səfirlik bəyan edib ki, bu təşkilatlar yalnız öz maraqlarını güdür:
"ABŞ səfirliyi heç bir yerli "Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.
ABŞ səfriliyi vurğulayıb ki, "Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031