atatv.az
atatv.az

Erməni generaldan HƏYASIZLIQ - `Bizdə əsir götürülən azərbaycanlı yoxdur`

9-10-2019, 15:45

Erməni generaldan HƏYASIZLIQ - `Bizdə əsir götürülən azərbaycanlı yoxdur`

"Ermənistanda əsir götürülən azərbaycanlı yoxdur". FaktXeber.com-un erməni mediasına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan bildirib.

Onun sözlərinə görə, əgər söhbət Qarabağda saxlanılan iki nəfərdən gedirsə bu Bako Sakyanın işidir: "Mənim bu barədə cavab verməyə səlahiyyətim yoxdur".

Xatırladaq ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Bakının Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbsdə olan Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla mübadilə etməyə hazır olduğunu bildirmişdi.

Daha əvvəl Ermənistanın müdafiə naziri jurnalistlərə açıqlamasında mübadilə imkanlarını istisna etmədiyini vurğulamışdı.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam etdiyini və kommunikasiyanın bu ilin sonunadək yekunlaşmasının gözlənildiyini demişdi: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031