atatv.az
atatv.az

Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun verilməsinə başlanılıb.

10-10-2019, 17:33

Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə  mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun  verilməsinə başlanılıb.



AtaTv.az-a Daxil olan məlumata görə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyət tərəfindən icra olunan növbəti layihə çərçivəsində Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun verilməsinə başlanılıb.
Şirvan bölgəsində yerləşən Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Xüsusilə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli probleminin həllinə imkan verib. Ötən müddətdə bu infrastrukturlar hesabına Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini içməli su ilə təmin etmək üçün magistral xətlər çəkilərək əhalinin ümumi istifadəsi üçün su dayağı və bulaqlar quraşdırılıb. Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb. Bu baxımdan növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarının inşası başa çatdırılıb. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini dayanlıqlı içməli su ilə təmin olunub.
Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.

Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə  mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun  verilməsinə başlanılıb.
Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə  mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun  verilməsinə başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031