atatv.az
atatv.az

Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı

11-10-2019, 11:02

Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hazırda ölkədə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.

O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031