atatv.az
atatv.az

Qorxmaz Hüseynov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

11-10-2019, 12:12

Qorxmaz Hüseynov  Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

AtaTv.az -a daxil olan məlumata gorə Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 18 oktyabr 2019-cu il tarixində Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək. 21 oktyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək. 22 oktyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Lənkəran və Masallı şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Biləsuvar sukanal sahəsinin inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad və Cəbrayıl sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930