atatv.az
atatv.az

Azərbaycanda daha bir transformator DƏHŞƏTİ: "9 yaşlı qız ölümlə çarpışır" - RƏSMİ AÇIQLAMA

11-10-2019, 13:18

Azərbaycanda daha bir transformator DƏHŞƏTİ: "9 yaşlı qız ölümlə çarpışır" - RƏSMİ AÇIQLAMA

"Transformatora girib yanan 9 yaşlı uşağın həyati təhlükəsi böyükdür".
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən 9 yaşlı Əliyeva Zəhra Bayram qızının 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirildiyi bildirilib. Verilən məlumata görə, azyaşlının vəziyyəti kritikdir, həyati təhlükəsi qalmaqda davam edir.
Qeyd edək ki, dünən 18:30-da Bakıda azyaşlı elektrik transformatorunda yanıq xəsarətləri alıb.
Hüquq-mühafizə orqanlarından Lent.az -a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Nəticədə Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930