atatv.az
atatv.az

Suriya Ordusu Fəratın şərqi ilə yanaşı İdlibin cənubuna da hərbi qüvvə toplayır

16-10-2019, 10:44

Suriya Ordusu Fəratın şərqi ilə yanaşı İdlibin cənubuna da hərbi qüvvə toplayır

Suriya Ordusu Fəratın şərqində kürd bölmələrinin olduğu bölgədə hərbi qüvvələrini yerləşdirməklə yanaşı İdlib əyalətinin cənubuna da hərbi qüvvələr toplayır.

SalamNews bu barədə Suriya mətbuatına istinadla məlumat verir.

Suriya mətbuatı hərbi mənbələrə istinadla bəyan edib ki, ordu İdlibin cənub bölgələrinə böyük hərbi qüvvələr toplayır və məqsəd burada başda "ən-Nusra Cəbhəsi" olmaqla radikal qruplaşmalara qarşı hərbi əməliyyatı başlatmaqdır.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında “Barış pınarı” hərbi əməliyyatı fonunda kürd bölmələri ilə rəsmi Dəməşq razılıq əldə ediblər. Razılığa əsasən Suriya Ordusu Fəratın şərqində bütün həssas bölgələrdə hərbi qüvvələr yerləşdirib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya Ordusunun bölgədə toplaşmasının zərərli olmayacağını bildirib, lakin PKK-nın bölgəni tərk etməsini istəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031