atatv.az
atatv.az

Ərdoğan "Barış Pınarı" əməliyyatını başa çatdırmaq üçün şərt qoydu

16-10-2019, 15:41

Ərdoğan "Barış Pınarı" əməliyyatını başa çatdırmaq üçün şərt qoydu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Barış Pınarı" hərəkatını başa çatdırmaq üçün tək şərtinin olduğunu deyib. Sonxeber.az-ın məlumatına əsasən, Ərdoğan "Terrorçular təhlükəsiz bölgədən çıxsa, hərəkat başa çatar" fikrini səsləndirib.
Hakim "Ədalət və İnkişaf" partiyasının iclasında çıxış edən Ərdoğan deyib:
" "Barış Pınarı" hərəkatı Münbiçdən İraq sərhədinə çatana qədər davam edəcək. Bu mövzuda istisna yoxdur Təklifimiz budur ki, bu gecə bütün terrorçular silahlarını, texniki vasitələri buraxsınlar, qurduqları tələləri məhv etsinlər və təhlükəsiz bölgədən çıxsınlar. Bu zaman hərəkat başa çatmış olar. Bu hədəfə çatana qədər heç bir qüvvə bizi dayandıra bilməz"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930