atatv.az
atatv.az

Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı

16-10-2019, 18:10

Ərdoğan Mayk Penslə görüşməyi qərara aldı

Cümə axşamı Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-nin Vitse-Prezidenti Mayk Penslə görüşməyi qarar alıb.

Məlumatı Yaxın Şərq Kütləvi İnformasiya Vasitələri Türkiyə mətbuatına istinadən yayıb.

Türkiyə Prezidenti həmçinin M.Penslə birgə səfərə çıxan ABŞ-nin Dövlət Katibi Mayk Pompeonu da qəbul etməyə hazırdır.

Səfərin məqsədi Türkiyə hərbi qüvvələrinin Suriyanın şimalında apardığı "Barış Pınarı” hərəkatı ilə bağlıdır. Sözü gedən hərəkat bir çox dövlətlərin müzakirəsinə səbəb olduğu kimi ABŞ-nin də diqqətindədir.

Bundan öncə R.T.Ərdoğan "Sky News”un jurnalistlərinə bildirib ki, M.Penslə görüşmək fikri yoxdur, lakin ABŞ Prezidenti D.Trampla dialoq aparmağa hazırdır.

Tərcümə: Cavid Zahidoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930