atatv.az
atatv.az

Bakıda çay evində QƏTL - Başına çaydanla vurub öldürdü

18-10-2019, 11:12

Bakıda çay evində QƏTL - Başına çaydanla vurub öldürdü

Bakıda çay evində qətl hadisəsi baş verib.

Hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb. (report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930