atatv.az
atatv.az

Bütün metro stansiyaların - RƏİSLƏRİ DƏYİŞDİ

18-10-2019, 20:21

Bütün metro stansiyaların - RƏİSLƏRİ DƏYİŞDİ

"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib.

Anew.az xəbər verir ki, bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub.
Z.Hüseynovun əmrinə əsasən metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stansiyasına rəis təyin edilib. Bundan əlavə "Sahil" stansiyasının rəisi Yusif Şabanov "Nizami" stansiyasına rəis kimi transfer olunub.

"Əhmədli" stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək "28 May" stansiyasının rəisi təyin edilib. Metronun "Memar Əcəmi 2" stansiyasının rəisi Faiq Həsənovla "Avtovağzal" stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişib. "Bakmil"in rəisi Əlişan Ağayev "Memar Əcəmi" stansiyasına, "Memar Əcəmi" stansiyasının rəisi Sərdar Babayev isə "Bakmil"ə rəis təyin edilib.
Həmçinin "28 May" stansiyasının rəis müavini Zəfər Əhmədov "Sahil" stansiyasında eyni vəzifəyə təyinat alıb. "Nizami" stansiyasının rəis müavini "28 May" stansiyasına müavin gətirilib.

Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə "Bakı Metropoliteni” aydınlıq gətirməyib.
Xatırladaq ki, "Bakı Metropoliteni”nin 25 stansiyası var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930