atatv.az
atatv.az

Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü

21-10-2019, 13:19

Bakıda DƏHŞƏT – 2 nəfər maşının altında qalıb öldü

Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Publika.az xəbər verir ki, dünən saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bundan başqa oktyabrın 20-nə keçən gecə Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini F.Osmanov idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Cavadovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031