atatv.az
atatv.az

Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb

22-10-2019, 13:07

Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
















"AtaTv.az" xəbər portalına daxil olan məlumata əsasən Gəncə Şəhər İcra Hamimiyyətinin başçısı Niyazi Bayramov hər həftə şəhər sakinləri ilə görüş keçirir, onları narahat edən məslələrlə maraqlanır. Bu dəfəki görüş şəhərin “Gülüstan” yaşayış massivində baş tutub. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısıs Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyytinin başçsı Eldəniz Xudiyev, idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Gəncənin “Gülüstün” yaşayış massivində hazırda abadlıq quruculuq işləri davam etməkdədir. Yollarda təmir-bərpa işləri gedir, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur. Niyazi Bayramov vurğulayıb ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi isə sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.
“Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşların müraciəti və problemləri dinlənilib. Sakinlər əsasən məhəllədaxili yolların asfaltlanması, səkilərin abadlaşdırılması, zibil qutularının sayının artırılması, uşaqlar üçün oyun meydançalarının qurulması, küçə işıqlandırılmasına dair müraciətlər səsləndiriblər. Bundan başqa dərman preparatları ilə təminat, sahibsiz itlərlə bağlı tədbirlərin görülməsi də xahiş olunub. Ümumi məsələlərlə yanaşı sakinlər öz şəxsi probelmlərini də dilə gətiriblər.
Vətəndaşların müraciətləri tək-tək dinlənilib və əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

"AtaTv.az"

Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb
Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930