atatv.az
atatv.az

Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO

23-10-2019, 13:54

Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində geyindiyi libasa görə müzakirələrə səbəb olub.

Atatv.az xəbər verir ki, mərasimdən fotolarını instaqram hesabında paylaşan "first lady” əsasən, ölkənin ənənələrinə hörmətsizlikdə təqsirləndirilib. İş orasındadır ki, Prezidentin xanımı tədbir zamanı sarı rəngli uzun libas və eyni rəngli əlcəkdən istifadə edib. Yaponiyada isə sarı rəngdən bu cür mərasimlərdə yalnız imperatorun ailə üzvləri istifadə edə bilər.

"Yaponiya imperatorunun ailəsinin bayrağı 16 ləçəkli sarı xrizantemdən ibarətdir. Buna görə sarı imperator ailəsinin rəngidir”, -deyə izləyicilərdən biri yazıb.

Digər bir istifadəçi isə "Sarı rəng- bu, imperator ailəsinə münasibətdə hörmətsizlikdir! Bəlkə də Ukraynanın bu tarixi hadisədə ilk və sonuncu dəfə iştirak etməsidir” deyə yazıb.

Qeyd edək ki, Y. Zelenskaya tez-tez geyim tərzinə görə tənqid olunur.(Qafqazinfo)

Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930