atatv.az
atatv.az

Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ

23-10-2019, 14:23

Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar verib.

Anews.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Qərara əsasən Nərmin Şahmarzadə 400 saat islah işləri cəzası alıb.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930