atatv.az
atatv.az

Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər

23-10-2019, 14:43

Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər

Bakıda quldurluq hadisəsi baş verib.

Atatv.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib "VAZ-2107” markalı avtomobildə aparılması barədə DİN-in "102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Sabunçu RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sabunçu RPİ PPXB, DYPŞ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930