atatv.az
atatv.az

İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq

23-10-2019, 17:18

İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq

İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.

“Report” xəbər verir ki, bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.

Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.

Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930