atatv.az
atatv.az

Azərbaycanda 2021-ci ilə qədər 7 mindən çox ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq

24-10-2019, 14:01

Azərbaycanda 2021-ci ilə qədər 7 mindən çox ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq

Azərbaycanda 2021-ci ilə qədər 7000-dən artıq ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq.

Atatv.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, 2016-2018-ci illər ərzində vətəndaşların uyğun qiymətə mənzillə təmin edilməsi məqsədilə Yeni Yasamal, Hövsan və Sumqayıt layihələrinin icrasına başlanılıb və 2021-ci ilə qədər 7000-dən artıq ailənin güzəştli şərtlərlə mənzil sahibi olacağı nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930