atatv.az
atatv.az

Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya

24-10-2019, 16:16

Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya

“Düşünürəm ki, prezidentin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi qərarı, istefa və hökumətdə yeni kadr təyinatları əlamətdar hadisədir, mühüm əhəmiyyət daşıyır. Bu, bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir. Azərbaycanda artıq yeni bir dövr başlanıb”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibov haqqın.az-a dövlət başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən deyib.

“Aydındır ki, bundan sonra dövlət sistemində əsaslı dəyişikliklərin daha vacib mərhələsi başlayacaq, bunlar ölkəmizin imicinin yüksəldilməsi üçün çox vacib addımlardır”, - o, əminliklə vurğulayıb.

“Müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri də müasir dünyagörüşə malik və fəal olan gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə idarəetmə sistemində yer tutmalarıdır", - deyə keçmiş prezident əlavə edib.

Bu mərhələdə A. Mütəllibov hesab edir ki, necə deyərlər, “dövlət başçısı arxaya baxmadan, daxili siyasi sabitlik kontekstində islahatları həyata keçirməlidir”.

Virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930