atatv.az
atatv.az

Rusiya Suriyada hərbçilərinin və texnikasının sayını artırır

24-10-2019, 16:38

Rusiya Suriyada hərbçilərinin və texnikasının sayını artırır

Rusiyanın Suriyadakı qoşunlarının komandanlığının nümayəndəsi İqor Seritski bildirib ki, Rusiya hərbi polisi Suriyanın Ayn-əl-Arab (kürdlər Kobani adlandırır) şəhərində Türkiyə ilə sərhəddən 2 kilometr aralıda yerləşən strateji yüksəkliklərdə mövqe qurub

Rusiya Suriyaya daha bir piyada batalyon göndərə bilər. Rəsmi Kreml, həmçinin ərəb ölkəsinə əlavə yüngül zirehli texnika göndərməyə hazırlaşır. Bununla Suriyada olan Rusiya hərbi polisinin gücləndirilməsi planlaşdırılır. Sputnik Azərbaycan bildirir ki, bu barədə "Vedomosti" nəşri Rusiya Müdafiə Nazirliyində olan mənbəyə istinadən xəbər verir.

Rusiya hərbçilərinə göndəriləcək əlavə avadanlıqlar arasında uçan pilotsuz aparatlar da olacaq. Mənbə qeyd edib ki, hərbi polisin şəxsi heyətinin sayı patrul həyata keçirmək üçün kifayət edir: "Lakin heç nə ehtiyac olacağı təqdirdə Suriyaya daha bir batalyon göndərməyə mane olmur".

Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
© SPUTNİK / MURAD ORUJOV
Soçi memorandum Suriya münaqişəsini həll edəcəkmi – politoloq danışır
Qeyd edək ki, Rusiyanın Suriyadakı qoşunlarının komandanlığının nümayəndəsi İqor Seritski bildirib ki, Rusiya hərbi polisi Suriyanın Ayn-əl-Ərəb (kürdlər Kobani adlandırır) şəhərində Türkiyə ilə sərhəddən 2 kilometr aralıda yerləşən strateji yüksəkliklərdə mövqe qurub.

"Baza sərhəd zastavasında yerləşir. Oradan həm sərhəd zolağı, həm də şəhərin ətrafı yaxşı görünür", - deyə Seritski qeyd edib.

Onun sözlərinə görə, baza rabitə qülləsi ilə təchiz olunub. Buradan rusiyalı hərbçilər Suriya sərhədçiləri ilə birgə kürd yaraqlılarının və onlara məxsus ağır silahların ərazidən çıxarılmasına nəzarət edə biləcəklər.

Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyi-nə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031