atatv.az
atatv.az

Kişi şahmat millimiz məğlubedilməz Ukraynaya qarşı: Şəhriyar qalib gələ biləcəkmi?

26-10-2019, 13:39

Kişi şahmat millimiz məğlubedilməz Ukraynaya qarşı: Şəhriyar qalib gələ biləcəkmi?

Gürcüstanın Batumi şəhərində keçirilən kişi və qadın komandalararası Avropa çempionatında yığmalarımız bu gün növbəti görüşlərinə çıxacaq.

Oxu.Az xəbər verir ki, dörd xalla II pillədə qərarlaşmış kişi millimiz bu gün Avropa çempionatının reytinqcə VIII komandası olan Ukrayna ilə qarşılaşacaq.

Hər iki komanda ilk iki turda qalib gəldiyindən, bu görüş maraqla gözlənilir. İlk iki görüşdə rəqibləri ilə birinci lövhədə heç-heçə etmiş Şəhriyar Məmmədyarov qara fiqurlarla Vasili İvançukla görüşəcək.

İki xalla XV sırada olan qadın millimiz isə reytinqdə XXVI pillədə olan Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, kişi millimiz əvvəl Serbiya və Fransanı məğlub edib. Qadın millimiz isə ilk turda Latviyaya qalib gəlsə də, dünən İspaniyaya uduzub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930