atatv.az
atatv.az

Kərbəlada itkin düşən azərbaycanlı zəvvarın cəsədi tapıldı

26-10-2019, 14:33

Kərbəlada itkin düşən azərbaycanlı zəvvarın cəsədi tapıldı

Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.

Atatv.az Trend-ə istinadən xəbər verir ki, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib.

Bu barədə Trend-ə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.
Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930