atatv.az
atatv.az

Azərbaycanlı yazıçı-jurnalist Başqırdıstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub

28-10-2019, 11:18

Azərbaycanlı yazıçı-jurnalist Başqırdıstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub



Ufa şəhərində Başqırdıstan Respublikasının yaranmasının 100 illiyi və Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən “Qızıl Kuray” Beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunub.

Yeddi nominasiya üzrə keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edib.

Müsabiqədə azərbaycanlı yazıçı-jurnalist, “Ulduz” jurnalının baş redaktorunun müavini Təranə Vahid “Yamantau dağı, başqırd nəğmələri və kuray çiçəyinin sirri” (“Гора Ямантау, башкирские песни и тайна цветка курай”) adlı araşdırma yazısına görə jüri tərəfindən birinci yerə layiq görülüb.

“Qızıl Kuray” mükafatını Təranə Vahidə Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930