atatv.az
atatv.az

Dünyada neftə tələbat artacaq

30-10-2019, 16:04

Dünyada neftə tələbat artacaq

“2040-cı ildə dünyaya 2017-ci illə müqayisədə 30% çox enerji resursu lazım olacaq”.
Bizimyol.info xəbər verir ki, bunu BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov “BP-nin dünya enerjisinə dair statistik icmalı” və “BP-nin enerji perspektivinə baxışı-2040” nəşrlərinin təqdimatında deyib.

“Bunun səbəbi təbii ki, dünyada əhalinin sayının artması, paralel olaraq insanların məişət texnikasından istifadəsinin artması olacaq”, - o qeyd edib.

V.Drebentsovun sözlərinə görə, enerji resurslarının istifadənin artımı öz növbəsində enerji tullantılarının artımına səbəb olacaq ki, bu da cəmiyyət qarşısında yeni çağırışlar formalaşdırır: “Bu da enerji tullantılarının həcminin tam da olmasa, qismən azaldılması, bərpa olunan mənbələrdən enerji istehsalının artırılmasıdır. Bunun digər yolu kömür və ondan enerji istehsalının digər enerji mənbələri ilə əvəz edilməsidir”.

V. Drebentsov deyib ki, 2040-ci ilə qədər dünyada neftə tələbat da artacaq: “Bu artım isə əsasən Çin və Hindistanın hesabına olacaq. İnkişaf etmiş ölkələrdə isə neftin istehlakı azalacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930