atatv.az
atatv.az

"Ər çörəyi yemək istəyirəm" - Aysel

30-10-2019, 16:21

"Ər çörəyi yemək istəyirəm" - Aysel
"Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. İndi də öz misiyamı davam etdirirəm. Bir övlad kimi düşünürəm ki, ailənin yükünü daşımaq borcumuzdur. Hər ailəyə bir övladın əliyə ruzi yetirilir. Bizim ailədə seçilmiş mənəm. 15 yaşımdan işləmişəm, həm də təhsil almışam. İndi isə Allah ruzimi yetirir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında deyib. Sənətçi ailə qurmaq arzusunu dilə gətirib:

"Ər çörəyi yemək istəyirəm. Bunu hansı qadın istəməz ki... Hamı rahatçılıq istəyir. Müəyyən çətin günlər olur ki, o qədər yükün üzərində olmağını istəmirsən. O zaman düşünürsən ki, kaş evimdə oturub, ər çörəyi yeyərdim. Mənə indi bu yazılıb, belə yaşayıram. Bundan sonra bəlkə, ər çörəyi yeyəcəm... Demək ki, mənim öhdəçiliyim, sınağım budur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930