atatv.az
atatv.az

Sərnişin qatarında YANĞINDA ölənlərin sayı artır - 62 nəfər (YENİLƏNİB)

31-10-2019, 09:57

Sərnişin qatarında YANĞINDA ölənlərin sayı artır - 62 nəfər (YENİLƏNİB)

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha öncə yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında 10 nəfərin öldüyünü, lakin ölü sayının artacağını istisna etməmişdi. Qəza nəticəsində yaralıların sayı isə onlarla qeyd edilir.

X X X

Saat 08:18

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə ağır yaralanıb.

Trend-in məlumatına görə, yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında ölü sayının artacağını istisna etməyib: "10 nəfərin ölümü təsdiqlənib, lakin bu sayın artacağı istisna olunmur".

Məlumata görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031